Bank Of Baku

Gürcüstanın MDB-dən çıxmaq barədə müraciətinə qurumun XİN başçılarının növbəti iclasında baxıla bilər

Gürcüstanın MDB-dən çıxmaq barədə müraciətinə qurumun XİN başçılarının növbəti iclasında baxıla bilər
# 19 avqust 2008 10:58 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Müstəqil Dövlətlər Birliyi (MDB) İcra Komitəsi Gürcüstanın qurumdan çıxmaq barədə notasını alıb. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi məlumata görə, İcra Komitəsinin mətbuat xidmətindən bildirilib ki, elə bu gün nota MDB üzvü olan digər ölkələrə göndəriləcək. İcra Komitəsindən, həmçinin qeyd olunub ki, nota MDB xarici işlər nazirləri Şurasının oktyabrın 9-də Bişkekdə keçiriləcək növbəti iclasında müzakirə oluna bilər.

İcra Komitəsindən o da bildirilib ki, MDB-nin Nizamnaməsinə əsasən, qurumdan tam çıxma prosesi 12 ay çəkir. “Həmin müddət ərzində Gürcüstan MDB-də olduğu dövr ərzində imzaladığı sənədlər üzrə bütün öhdəlikləri tamamlamalıdır. Bununla belə, Gürcüstan ayrı-ayrı sazişlərdə iştirakçı kimi qala da bilər, amma bunun üçün bütün üzv ölkələrin razılığı olmalıdır», - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Gürcüstan MDB çərçivəsində 700-dən artıq sənəd imzalayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR