Bank Of Baku

FTX: Gürcüstan xüsusi xidmət orqanları Rusiya ərazisində terror aktları planlaşdırır

FTX: Gürcüstan xüsusi xidmət orqanları Rusiya ərazisində terror aktları planlaşdırır
# 19 avqust 2008 12:03 (UTC +04:00)
APA-nın “RİA Novosti” agentliyinə istinadən yaydığı məlumata görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov bəyan edib ki, təmsil etdiyi qurum Gürcüstan xüsusi xidmət orqanlarının Rusiya ərazisində terror aktları törətməyə hazırlaşdığı barədə məlumata malikdir. Bortnikov həmçinin Cənub Federal Dairəsi ərazisində də mühafizənin gücləndirilməsi tədbirlərinin həyata keçirildiyini bildirib: “Operativ məlumatlara görə, Şimali Qafqaz ərazisində terrorçular aktiv fəaliyyətə hazırlaşır. Bundan əvvəl isə bizə on iki nəfərdən ibarət xarici muzdlunun Dağıstan ərazisinə gəldiyi barədə məlumat daxil olub”. Qeyd edək ki, FTX bundan əvvəl Şimali Qafqazda fəaliyyət göstərən gürcü casus şəbəkəsinin zərərsizləşdirilməsi barədə məlumat yayıb. Casus şəbəkəsi regionda Rusiya qoşunlarının hərəkəti barədə məlumat toplayıb, yerli cinayətkar qruplaşmalarla əlaqələr qururmuş.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR