Bank Of Baku

NATO Xarici İşlər Nazirləri Şurasının toplantısı başlayıb

NATO Xarici İşlər Nazirləri Şurasının toplantısı başlayıb
# 19 avqust 2008 13:14 (UTC +04:00)
Brüssel-APA. Belçika paytaxtında NATO-ya üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının toplantısı başlayıb. APA-nın məlumatına görə, toplantının gündəliyinə Cənubi Osetiyada mövcud vəziyyətin analizi məsələsi daxil edilsə də, hərbi alyans əsasən Rusiya ilə gələcək münasibətlərin necə qurulması ətrafında fikir mübadiləsi aparacaqlar. Toplantıdan əvvəl ABŞ-ın dövlət katibi Kondoliza Rays bəyan edib ki, Rusiya Gürcüstan və Cənubi Osetiyada törətdiyi əməllərə görə mütləq cəzalandırılacaq. Moskvaya qarşı tətbiq olunması gözlənilən sanksiyalar arasında NATO-Rusiya Şurasının fəaliyyətinə xitam verilməsi, kollektiv təhlükəsizliyini təmin olunması məsələlərində əməkdaşlığın dayandırılması da var. Lakin toplantıdan əvvəl Böyük Britaniyanın xarici işlər naziri Devid Milibend bildirib ki, ölkəsi Rusiyanın təcridinə qarşı çıxır və bu ölkə ilə əməkdaşlığı daha real variant sayır. Toplantıda ABŞ-ın təşəbbüsü ilə beş tezisdən ibarət bəyannamənin qəbulu da gözlənilir. Bu tezislər Rusiyanın Gürcüstana qarşı işğalçılıq siyasətinin pislənməsi, Rusiyanın güc tətbiqinin həddən artıq sərt addım kimi qiymətləndirilməsi, Gürcüstanın ərazi bütövlüyü prinsipinin dəstəklənməsi, Rusiyaya qarşı siyasi sanksiyaların tətbiqi kimi məsələlər var. Bundan başqa NATO üzvləri Gürcüstanın hərbi alyansa qəbuluna dair niyyətlərini bir daha bəyan edəcəklər. Şimali Atlantika Şurasının iclasında Gürcüstanın müdafiə qabiliyyətinin artırılması üçün silah və hərbi texnika göndərilməsi məsələsinin də müzakirəsi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR