Bank Of Baku

Sergey Lavrov: “NATO Saakaşivlini faktiki olaraq himayəsi altına götürdü”

Sergey Lavrov: “NATO Saakaşivlini faktiki olaraq himayəsi altına götürdü”
# 19 avqust 2008 16:58 (UTC +04:00)
O bildirib ki, NATO-nun Cənubi Osetiyada baş verənlərə dair münasibəti şişirdilmiş və qeyri-obyektivdir: “Gürcüstanın NATO-ya sürüklənməsi antirusiya meyllərindən qaynaqlanır və bu addımı təcavüzkar rejimə dəstək verilməsindən başqa cür qiymətləndirə bilmirəm. Moskva NATO-nun gürcüpərəst mövqeyindən lazımi nəticələr çıxaracaq. Hərbi alyans faktiki olaraq Mixail Saakaşvilini öz himayəsi altına alıb. NATO-nun Cənubi Osetiya ilə bağlı bəyanatı qeyri-obyektivdir. Bəyanatda hadisələrin necə başlaması, Gürcüstanı kimin silahlandırması, ötən bir il ərzində bu ölkəni güc tətbiqinin yolverilməzliyi barədə sazişi imzalamağa kimin imkan verməməsi barədə bir kəlmə belə yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR