Bank Of Baku

Mixail Saakaşvili: “Rusiya ilə son hərbi münaqişə nəticəsində ölkəmizə 2 milyard dollar ziyan dəyib”

Mixail Saakaşvili: “Rusiya ilə son hərbi münaqişə nəticəsində ölkəmizə 2 milyard dollar ziyan dəyib”
# 25 avqust 2008 09:02 (UTC +04:00)
Tiflis-APA. Rusiya ilə son hərbi münaqişə nəticəsində Gürcüstan iqtisadiyyatına 2 milyard dollar ziyan dəyib. APA-nın məlumatına görə, Mixail Saakaşvili ABŞ və Avropa İttifaqının sığorta fondu yaradacağına ümidvar olduğunu bildirib: “ABŞ və Avropa İttifaqı Rusiyanın yeni müdaxiləsi halında Gürcüstana sərmayə yatıran şirkətlərin maraqlarının qorunması üçün xüsusi sığorta fondu yaratmalıdır”. Saakaşvili Gürcüstan qoşunlarının Cənubi Osetiyada hərbi əməliyyatlara başlamasının regiona rus tanklarının gətirilməsinə cavab olduğunu bildirib: “Heç bir Avropa ölkəsi bu qədər kiçik hərbi əməliyyatlar səhnəsində bu sayda tanka və aviasiyaya qarşı duruş gətirə bilməzdi. Rusiya bu addımı ilə məni öz postumdan uzaqlaşdırmaq istəyirdi, amma mən bu addımı atmayacağam”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR