Bank Of Baku

Rusiya Dövlət Duması Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb

Rusiya Dövlət Duması Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb
# 25 avqust 2008 12:48 (UTC +04:00)
Separatçı rejimlərin rəhbərləri Sergey Baqapş və Eduard Kokoytı Dumanın iclasında çıxış ediblər. Dövlət Duması həmçinin BMT üzvü olan ölkələrin parlamentlərinə Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması təklifi ilə də müraciət qəbul edib. Separatçı Abxaziya Respublikasının prezidenti Sergey Baqapş Rusiyaya hərbi əməkdaşlıq haqqında saziş imzalamağı təklif edib. Eduard Kokoytı isə Gürcüstanı Qərb dövlətlərinin köməyi ilə sürətlə silahlanmaqda ittiham edib.

Xatırladaq ki, bu gün səhər Rusiya Federasiya Şurası prezident Dmitri Medvedevə müraciət edərək Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımağa çağırıb. Federasiya Şurasının bu gün keçirilən iclasında yuxarı palatanın spikeri Sergey Mironov deputatların yekdilliklə dəstəklədiyi müraciətin mətnini oxuyub. Mironov bildirib ki, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması bu xalqların təhlükəsizliyinin təmin edilməsi üçün zəruri addımdır: “Biz hər iki respublikanın xalqlarının stabillik, sülh və müstəqilliyə can atmasını dəstəkləməliyik. Hər iki respublika dövlət üçün zəruri olan bütün atributlara malikdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR