Bank Of Baku

Bundestaq üzvləri Ukrayna rəhbərliyi ilə Qafqazda vəziyyətə dair məsləhətləşmələr aparacaq

Bundestaq üzvləri Ukrayna rəhbərliyi ilə Qafqazda vəziyyətə dair məsləhətləşmələr aparacaq
# 28 avqust 2008 08:42 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Almaniya Bundestaqının nümayəndə heyəti sentyabrın əvvəlində Kiyevdə Ukrayna rəhbərliyi ilə Qafqazda vəziyyətə dair məsləhətləşmələr keçirəcək. APA-nın məlumatına görə, nümayəndə heyətinə Bundestaqın xarici əlaqələr komitəsinin sədri Ruprext Polents rəhbərlik edəcək. Polents bildirib ki, Rusiyanın qonşu ölkəyə qarşı öz vətəndaşlarını qorumaq bəhanəsi ilə həyata keçirdiyi hərbi əməliyyat qəbuledilməzdir: “Öz vətəndaşları haqqında narahatçılıq yalnız konsulluq tədbirləri ilə həyata keçirilə bilər, hərbi müdaxilə ilə yox. Rusiya bunu nə qədər tez başa düşsə, çoxsaylı etnik rusların yaşadığı Ukrayna və Baltikyanı ölkələr də bir o qədər rahat olar”. Deputat bəyan edib ki, əgər Moskva beynəlxalq hüquq çərçivəsində dialoqa qayıtmasa, Rusiya-Avropa İttifaqı sazişi minimal səviyyəyə enəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR