Bank Of Baku

Eduard Şevardnadze: “Kreml sərt bəyanatları ilə Saakaşvilinin düşən reytinqini yenidən qaldırıb”

Eduard Şevardnadze: “Kreml sərt bəyanatları ilə Saakaşvilinin düşən reytinqini yenidən qaldırıb”
# 28 avqust 2008 11:45 (UTC +04:00)
O, Rusiya rəhbərliyinin sərt bəyanatlarının Saakaşvilinin reytinqinə müsbət təsir etdiyini vurğulayıb: “Bu bəyanatlar nəticəsində Saakaşvilinin nüfuzu on dəfədən çox artıb. Çünki, gürcülərin xarakteri belədir, bu millətin işinə müdaxilə edəndə, milli qürur hissi önə çıxır. Rusiya Mixail Saakaşvili ilə hər cür əlaqələrə son qoyduqlarını bəyan etdikdən sonra da bu hal baş verib”. Eduard Şevardnadze bildirib ki, Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıması Saakaşvilini hərbi əməliyyatları uğursuz həyata keçirməsinin məsuliyyətindən xilas edib: “Hazırda nə ABŞ, nə də Avropa Gürcüstanda hakimiyyət dəyişikliyinə hazır deyil, çünki, daha ciddi məsələləri nizamlamalıdırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR