Bank Of Baku

Rusiya 12 gürcü hərbi əsiri qiyamçı acar generalı ilə dəyişdiriblər

Rusiya 12 gürcü hərbi əsiri qiyamçı acar generalı ilə dəyişdiriblər
# 28 avqust 2008 13:51 (UTC +04:00)
Tiflis-APA. Rusiya Poti limanında əsir götürdüyü 12 gürcü hərbçisini Gürcüstana təhvil verib. APA-nın “İnterfaks”a istinadən yaydığı məlumata görə, Gürcüstan bunun müqabilində 2004-cü ildə Acarıstan prezidenti Aslan Abaşidzenin tərəfinə keçdiyinə görə həbs olunan general Roman Dumbadzeni ruslara qaytarıb. Qiyamçı generalın Rusiyaya qaytarılması barədə jurnalistlərə müxalifətçi deputat Qiya Tortladze məlumat verib. Başqa mənbələr isə bu məlumatı təsdiqləməyiblər.

Qeyd edək ki, general-mayor Roman Dumbadze Gürcüstanın Batumdakı 25-ci hərbi briqadasının komandiri olub. 2004-cü iləd Aslan Abaşidze ilə mərkəzi hakimiyyət arasında münasibətlər gərginləşnə zaman Dumbadze acar liderini müdafiə edib və Mixail Saakaşviliyə tabe olmayacağını bildirib. Acarıstanda hakimiyyət dəyişikliyindən sonra general həbs olunub və vətənə xəyanət maddəsi ilə 17 il müddətinə azadlıqdan məhrum edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR