Bank Of Baku

Rusiya 10 min km məsafədəki hədəfi vurmağa qabil “Topol” ballistik raketini uğurla sınaqdan keçirib

Rusiya 10 min km məsafədəki hədəfi vurmağa qabil “Topol” ballistik raketini uğurla sınaqdan keçirib
# 28 avqust 2008 13:59 (UTC +04:00)
Moskva-APA. Rusiya qitələrarası “Topol” ballistik raketini uğurla sınaqdan keçirib. APA-nın məlumatına görə, ordu komandanlığı Plesetsk kosmodromunda keçirilən sınaqların uğurla başa çatdığını bəyan edib. Məlumata görə, “Topol” raketi Hava Hücumundan Müdafiə Sisteminin əhatə dairəsini asanlıqla yarmağa qabildir. Raketin döyüş başlığı altı min kilometri 25 dəqiqəyə qət edərək Kamçatka poliqonundakı hədəfi məhv edib. Qeyd edək ki, Rusiya “Topol” ballistik raketlərini sonuncu dəfə ötən ilin dekabrında sınaqdan çıxarıb. Bu raket kompleksi 10 min kilometr məsafədə yerləşən hədəfi dəqiqliklə vurmaq imkanına malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR