Bank Of Baku

BMT Təhlükəsizlik Şurasının toplantısında Abxaziya və Cənubi Osetiya nümayəndələrinin çıxışına icazə verilməyib

BMT Təhlükəsizlik Şurasının toplantısında Abxaziya və Cənubi Osetiya nümayəndələrinin çıxışına icazə verilməyib
# 29 avqust 2008 07:16 (UTC +04:00)
APA-nın məlumatına görə, Gürcüstanın təşəbbüsü ilə çağırılan iclasda BMT Təhlükəsizlik Şurasına sədrlik edən Belçikanın nümayəndəsi Jan Qrauls bildirib ki, məsələ ilə bağlı avropalı diplomatların mövqeyi üst-üstə düşmədiyinə görə, qərarın çıxarılması müəyyən müddətə təxirə salınıb. İclasda çıxış edən Rusiyanın BMT-dəki nümayəndəliyinin rəhbəri Vitali Çurkin Qərb ölkələrini ikili standartlarda günahlandırıb və bildirib ki, Abxaziya və Cənubi Osetiya təmsilçilərinin iştirakı olmadan keçirilən iclas əhəmiyyətsiz toplantıdır: “Abxaziya və Cənubi Osetiyanın Kosovoya nisbətən müstəqilliyə daha çox haqqı var”. İclas hər hansı qətnamə qəbul olunmadan başa çatıb. Rusiya mətbuatı ABŞ-ın BMT-nin mənzil qərargahı yerləşən ölkə kimi bütün iştirakçı dövlətlərə viza verməyə borclu olduğunu deyib. Lakin amerikalı diplomatlar bildiriblər ki, Gürcüstan Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini rəsmən tanımadığına görə, bu bölgələrin təmsilçilərinə viza verilməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR