Bank Of Baku

Gürcüstan parlamenti Rusiya ilə diplomatik münasibətlərin kəsilməsi, ölkə ərazisindəki rus qoşunlarının isə işğalçı adlandırılması barədə qərar qəbul edib

Gürcüstan parlamenti Rusiya ilə diplomatik münasibətlərin kəsilməsi, ölkə ərazisindəki rus qoşunlarının isə işğalçı adlandırılması barədə qərar qəbul edib
# 29 avqust 2008 08:50 (UTC +04:00)
Tiflis - APA. Gürcüstan parlamentinin avqustun 28-də keçirilmiş iclasında Rusiya ilə diplomatik münasibətlərin kəsilməsi və ölkə ərazisindəki Rusiya qoşunlarının işğalçı adlandırılması barədə qərar qəbul edib. APA-nın “Novosti Qruziya”ya istinadən verdiyi məlumata görə, 7 bənddən ibarət qərarın lehinə 106 deputat yekdilliklə səs verib.

Parlamentin qərarına görə, Gürcüstan ərazisindəki bütün Rusiya qoşunları, həmçinin sülhməramlılar işğalçı, Cənubi Osetiya və Abxaziya isə Rusiya tərəfindən işğal olunmuş elan edilib. Bundan başqa, sənəddə gürcü ordusundan başqa, ölkə ərazisindəki bütün silahlı bölmələrin qeyri-qanuni olduğu əksini tapıb.

Parlament Gürcüstan hökumətinə Rusiya silahlı bölmələrinin ölkə ərazisində olmasına imkan verən bütün razılaşmaları ləğv etməyi tapşırıb. Qərara əsasən, Gürcüstan Avropa İttifaqının vasitəçiliyi ilə imzaladığı atəşkəs haqqında öhdəliyə sadiq qalır.

Parlament hökumətə Rusiya ilə bütün diplomatik əlaqələri kəsməyi həvalə edib.

Baş prokurorluğa isə tapşırılıb ki, münaqişə zonasında gürcülərin etnik təmizlənməsi faktlarını araşdırsın.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR