Bank Of Baku

Vaşinqtonda şərab mağazasının sahibi Gürcüstana dəstək məqsədilə rus arağına qarşı boykot kampaniyasına başlayıb

Vaşinqtonda şərab mağazasının sahibi Gürcüstana dəstək məqsədilə rus arağına qarşı boykot kampaniyasına başlayıb
# 29 avqust 2008 09:33 (UTC +04:00)
Vaşinqton-APA. Vaşinqtondakı şərab mağazalarından birinin sahibi Rusiyanın Gürcüstana qarşı hərəkətlərinə etiraz əlaməti olaraq rus arağının satışından imtina edib. APA-nın məlumatına görə, “Potomak uayn end spirit” mağazasının sahibi Stiven Fildman bildirib ki, bundan sonra müştərilərinə rus arağı əvəzinə gürcü çaxırı təklif edəcək: “Biz rus arağına qarşı boykot kampaniyasına başlamaq niyyətindəyik. Rusiyanın Gürcüstanda törətdikləri barədə xəbərləri gürcü əsilli amerikalılardan və mətbuatdan öyrəndikdən sonra bu ideya ilə çıxış etdim. Ruslar Gürcüstanın qanuni ərazilərini tərk etməyənə və Saakaşvili hökuməti nəticələrdən razı qalmayana kimi rus arağının boykot edilməsi davam etdiriləcək”. Fildman qeyd edib ki, Rusiyanın Gürcüstandan kənd təsərrüfatı və şərab məhsullarının idxalına qadağa qoyması qərarından təəssüflənir: “Bu, iqtisadi müharibədir. Gürcü şərabçıları Rusiyaya məhsul ixracının dayandırılmasından zərər çəkə bilər. Buna görə də müştərilərimi daha çox gürcü şərabı almağa çağırıram. Müştərilərim sevimli “Stoliçnaya” arağı istəyərkən onlara fin arağı təklif edirəm”. Qeyd edək ki, ABŞ-da ən tünd spirtli içki araq sayılır. Hər il ABŞ-da 460,8 milyon litr araq satılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR