Bank Of Baku

Avropa İttifaqı Rusiyaya sanksiyaların tətbiqi ilə bağlı qətnamə layihəsini müzakirə edir

Avropa İttifaqı Rusiyaya sanksiyaların tətbiqi ilə bağlı qətnamə layihəsini müzakirə edir
# 29 avqust 2008 09:49 (UTC +04:00)
Brüssel-APA. Avropa İttifaqı qitə ölkələrinin Rusiyanın Gürcüstana qarşı addımlarına, həmçinin Kremlin separatçı bölgələrin müstəqilliyini tanımasına dair qərarına münasibətini ifadə edən qətnamə layihəsi hazırlayır. APA-nın məlumatına görə, hazırda avropalı diplomatlar İtaliyanın təklif etdiyi nisbətən loyal qətnamə layihəsi ilə Polşanın lobbiləşdirdiyi sərt layihə arasında seçim etməyə çalışırlar. Əgər ilk variant qəbul olunsa, o zaman Avropa növbəti dəfə Rusiyadan Gürcüstandakı qoşunlarını çıxarmağı tələb edəcək. Avropa İttifaqı həmçinin Kremldən Gürcüstana qarşı yürütdüyü siyasəti başqa ölkələrə tətbiq etməməyəcəyi ilə bağlı qarantiya tələb edəcək.

İkinci qətnamə layihəsi isə Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiqini nəzərdə tutur. Avropa İttifaqı Rusiya bazarını kifayət qədər riskli bazar adlandıraraq böyük biznes qurumlarını bu ölkəyə sərmayə qoyuluşunu azaltmağa çağıra bilər. Avropa ölkələri həmçinin Rusiyadan polad, alüminium və mineral gübrələr idxalına da embarqo qoymağı düşünürlər.

Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalar tətbiq edə biləcəyini Fransanın xarici işlər naziri Bernar Kuşner bəyan edib. Rusiya isə bildirib ki, bu kimi addımlar onu qorxutmur. Rusiyanın Avropa İttifaqında daimi nümayəndəliyinin rəhbəri Vladimir Çijov hesab edir ki, sanksiyalar Rusiyadan çox Avropa İttifaqına ziyan vuracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR