Gürcüstanda yaşayan azərbaycanlılar “Gürcüstan bizimdir” aksiyasına qoşulacaqlar
01 sentyabr 2008 08:41 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Gürcüstan Azərbaycanlıları Konqresi Gürcüstanda yaşayan soydaşlarımızı “Gürcüstan bizimdir” devizi altında keçirilən aksiyaya qoşulmağa dəvət edib. Konqressdən APA-ya verilən məlumata görə, azərbaycanlılar Gürcüstanın ərazi bütövlüyü və suverenliyi uğrunda gürcü xalqı ilə birlik və həmrəylik nümayiş etdirməyə çağırılıb. Konqress dünya ictimayyətlinə müraciət də qəbul edib. Müraciətdə deyilir ki, Gürcüstanda yaşayan azərbaycanlılar ölkədə yaranmış vəziyyətdən narahatdır və Rusiyanın işğalına etiraz edirlər: “Rusiyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması Gürcüstanın ərazi bütövlüyünə təhlükə yaradıb. Bu, bizim üçün qəbulolunmazdır, biz dünya ictimayyətini ölkənin ərazi bütövlüyü və suverenliyini müdafiə etməyə, Gürcüstan vətəndaşlarının təhlükəsizliyi və hüquqlarını qorumağa, Gürcüstanın ərazi bütövlüyü prinsipi əsas tutularaq danışıqlar aparmağa çağırırıq”.
MDB
Ermənistanda atışma nəticəsində bir polis əməkdaşı ölüb, biri yaralanıb
21:45
7 sentyabr 2024
Peter Siyarto Ermənistana səfər edəcək
18:38
7 sentyabr 2024
Ermənistan Ani körpüsünün birlikdə bərpası ilə bağlı təkliflərini Türkiyəyə təqdim edib
17:33
7 sentyabr 2024
KİV: İran Rusiyaya 200 ədəddən çox ballistik raket göndərib
12:35
7 sentyabr 2024