Bank Of Baku

Mixail Saakaşvili Rusiya ilə viza rejiminin sadələşdirilməsi haqqında sərəncam imzalayıb

Mixail Saakaşvili Rusiya ilə viza rejiminin sadələşdirilməsi haqqında sərəncam imzalayıb
# 04 sentyabr 2008 13:51 (UTC +04:00)
Tiflis-APA. Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiya ilə viza rejiminin sadələşdirilməsi haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, sərəncamda Sərhəd Xidmətindən yeni qaydaların ölkənin bütün sərhəd-buraxılış məntəqələrində tətbiqini təmin etmək tapşırılıb. Qeyd edək ki, bir neçə gün əvvəl Gürcüstan hakimiyyət orqanları Rusiya vətəndaşları üçün nəzərdə tutulan viza güzəştlərinin ləğv olunması, əsasən də sərhəd-buraxılış məntəqələrində turist vizalarının verilməsinin dayandırılması barədə qərar çıxarıblar. Qərar əsasən sentyabrın 8-dən etibarən Rusiya vətəndaşları Gürcüstana yalnız şəxsi dəvət əsasında gələ bilərdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR