Bank Of Baku

Riçard Çeyni: “Gürcüstanı təcili olaraq NATO-ya qəbul etmək lazımdır”

Riçard Çeyni: “Gürcüstanı təcili olaraq NATO-ya qəbul etmək lazımdır”
# 04 sentyabr 2008 14:03 (UTC +04:00)
Tiflis-APA. “Birləşmiş Ştatlar Gürcüstanın sərhədlərinin zorla dəyişdirilməsinin əleyhinədir”. APA-nın məlumatına görə, bu bəyanatla Gürcüstanda səfərdə olan ABŞ-ın vitse-prezidenti Riçard Çeyni çıxış edib. Prezident Mixail Saakaşvili ilə görüşdən sonra jurnalistlər üçün brifinq keçirən Riçard Çeyni bildirib ki, Rusiyanın hərəkətləri bu ölkənin təkcə Gürcüstana deyil, bütün regiona qarşı qeyri-səmimi planlarının olduğuna şübhə yaradır. ABŞ-ın Gürcüstana hərtərəfli yardımları davam etdirəcəyini deyən Rişard Çeyni artıq bu ölkəyə 30 milyon dollarlıq yardım çatdırıldığını bildirib: “Dünən isə Gürcüstana 1 milyard dollar məbləğində yardım ayrılması barədə qərar qəbul etmişik. ABŞ Gürcüstanın etibarlı tərəfdaşıdır və bu ölkəyə hərtərəfli yardım göstərəcək. Amerikalılar sizin 4 həftə ərzində üzləşdiyiniz çətinlikləri yaxşı bilir və sizi dəstəkləyirlər. Gürcüstanın demokratik yolla seçilmiş hökuməti həmişə bizim dəstəyimizə etibar edə bilər. Gürcüstanı təcili olaraq NATO-ya qəbul etmək lazımdır. Çünki bu alyans dünyanın təhlükəsizlik qarantıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR