Gürcüstana 500 milyon dollar ayıran ABŞ hökuməti Ermənistana yardım etməyəcəyini açıqlayıb
11 sentyabr 2008 10:32 (UTC +04:00)
Vaşinqton – APA. ABŞ hökuməti Qafqazdakı son hadisələr nəticəsində iqtisadiyyatına ziyan dəyən Ermənistana yardım ayırmaq fikrində deyil. APA-nın “Armtoday” saytına istinadən verdiyi məlumata görə, bunu Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində ABŞ-Rusiya münasibətləri mövzusunda keçirilən dinləmələrdə dövlət katibinin Avropa və Asiya məsələləri üzrə müavini Daniel Frid deyib. O, Ermənistanın müəyyən maliyyə proqramları daxilində yardım aldığını xatırladıb. Nümayəndələr Palatasının üzvü Bred Şerman isə Cənubi Qafqazdakı son proseslərin Ermənistana neqativ təsir göstərdiyini xatırladaraq administrasiyanın bunu diqqətə almamasından ciddi narahatlıq duyduğunu bildirib.
Ermənistana kömək etmək istəməyən ABŞ hökuməti Gürcüstana 500 milyon dollar məbləğində maliyyə yardımı ayırmağa hazırlaşır. Artıq Nümayəndələr Palatasına bununla bağlı qanun layihəsi təqdim olunub. Bu vəsait Gürcüstanda dağılmış infrastrukturun, daxili və regional ticarətin bərpasına yönəldiləcək. Qanun layihəsi qüvvəyə mindikdən sonrakı 180 gün ərzində bu vəsait Gürcüstan hökumətinin hesabına köçürüləcək.

MDB
Putin Rəisinin helikopterinin axtarışına kömək etmək məqsədilə xilasedicilərin göndərilməsi barədə göstəriş verib
02:20
20 may 2024
Ermənistanda Tavuş vilayətinin Kirants kəndinə giriş müvəqqəti məhdudlaşdırılıb
15:04
19 may 2024
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
10:59
19 may 2024
Rusiya MN: Belqorod üzərində “Toçka-U” raketi məhv edilib
03:19
19 may 2024