Bank Of Baku

Robert Köçəryanın Beynəlxalq Haaqa Məhkəməsinə verilməsi üçün 150 mindən çox imza toplanıb

Robert Köçəryanın Beynəlxalq Haaqa Məhkəməsinə verilməsi üçün 150 mindən çox imza toplanıb
# 12 sentyabr 2008 10:28 (UTC +04:00)
İrəvan - APA. Eks-prezident Robert Köçəryanın Beynəlxalq Haaqa Məhkəməsinə verilməsi üçün Ermənistanda 150 min-dən çox imza toplanıb. APA-nın “Arminfo”-ya istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan bildirib.

Qeyd edək ki, L. Ter-Petrosyanın rəhbərlik etdiyi Ümumxalq Hərəkatı və Erməni Milli Konqresi R. Köçəryanın insanlığa qarşı cinayət törətdiyinə görə Haaqa Məhkəməsinə verilməsi təşəbbüsü ilə çıxış edib.

R. Köçəryan özü isə bu təşəbbüsün gülünc olduğunu bildirib və buna yumorla yanaşdığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR