Bank Of Baku

Xarici işlər naziri: “Ermənistan Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımağa hazırlaşmır”

Xarici işlər naziri: “Ermənistan Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımağa hazırlaşmır”
# 13 sentyabr 2008 09:00 (UTC +04:00)
Tiflis-APA. Ermənistan Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımağa hazırlşmır. APA-nın “Novosti-Qruziya”ya istinadən verdiyi məlumata görə, bu bəyanatla Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Gürcüstanın xarici işlər naziri Eka Tkeşelaşvili ilə birgə sentyabrın 12-də Tiflisdə keçirdiyi brifinqdə çıxış edib.

Ermənistanın indiyədək Dağlıq Qarabağ, Kosovo və müstəqillik istəyən digər qurumları tanımadığını qeyd edən erməni nazir beynəlxalq ictimaiyyətin səyi nəticəsində münaqişələrin sülh yolu ilə həllinə ümidvar olduğunu vurğulayıb: “Biz Gürcüstandakı münaqişələrin tezliklə həllində maraqlıyıq. Lakin təkcə ona görə yox ki, Ermənistanın mal və məhsullarının 70%-i Gürcüstan ərazisindən göndərilir, həm də ona görə ki, bizi uzun tarix bağlayır”.

E. Nalbandyan Ermənistan prezidenti Serj Sərkisyanın Gürcüstana səfəri ilə bağlı hazırda danışıqlar getdiyini də söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR