Bank Of Baku

Valeri Çeçelaşvili: “GUAM-ın regional və beynəlxalq əlaqələr sistemində rolu artacaq”

Valeri Çeçelaşvili: “GUAM-ın regional və beynəlxalq əlaqələr sistemində rolu artacaq”
# 13 sentyabr 2008 09:52 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Demokratiya və İqtisadi İnkişaf Uğrunda beynəlxalq təşkilat – GUAM-ın baş katibi Valeri Çeçelaşvili Kiyevdə keçirilən “Rusiya-Gürcüstan münaqişəsi. Səbəblər və nəticələr” adlı dəyirmi masada iştirak edib. APA-nın məlumatına görə, baş katib münaqişə nəticəsində yaranmış vəziyyətlə bağlı GUAM-ın planları və vəzifələri barədə məlumat verib. O bildirib ki, GUAM-ın Batum sammitinin qərarları mütləq yerinə yetiriləcək və təşkilat Qara dəniz-Xəzər regionunda demokratiya və iqtisadi əməkdaşlığa öz töhfəsini verəcək. V. Çeçelaşvilinin fikrincə, Rusiya-Gürcüstan münaqişəsi nəticəsində regional mexanizmlərin effektliyinin pozulduğu bir şəraitdə GUAM-ın regional və beynəlxalq əlaqələr sistemində rolu artacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR