Bank Of Baku

Rəsmi Kiyev: Rusiya ilə münasibətlər Moskvanın Ukraynanın 17 ildir müstəqil dövlət olması faktını dərk etmək bacarığından asılıdır

Rəsmi Kiyev: Rusiya ilə münasibətlər Moskvanın Ukraynanın 17 ildir müstəqil dövlət olması faktını dərk etmək bacarığından asılıdır
# 13 sentyabr 2008 10:11 (UTC +04:00)
Kiyev – APA. Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanı ölkədə sabitliyi pozmaq cəhdində ittiham edib. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, Ukrayna XİN-in bəyanatında bildirilir ki, “sağlam siyasi qüvvələr” adlandırılan, əslində isə “beşinci təkər” rolunu oynayan qüvvələrin əli ilə Ukraynada qeyri-sabitlik yaratmaq cəhdinin perspektivi yoxdur. Rəsmi Kiyev bəyan edib ki, ikitərəfli münasibətlər Rusiya tərəfinin əvvəl-axır Ukraynanın 17 ildir müstəqil dövlət olması faktını dərk etmək bacarığından asılıdır: ”Ukrayna heç bir şərt daxilində hansısa dövlətin “imtiyazlı maraqlar” sferasına daxil olmayacaq. Ukraynanın Avropa Birliyi və NATO-ya üzvlük istiqamətində seçimi dönməzdir”.

Ukrayna xarici siyasət idarəsi ölkədə rus dilinin vəziyyətinə dair spekulyasiyaları son qoymağa da çağırıb: ”Hər ölkə kimi, Ukrayna da öz dövlət dilinin qorunmasına çalışır. Dövlətimiz rus dilinin və milli azlıqların dillərinin inkişafına da çalışır. Rusiya anlamalıdır ki, hər xalq öz tarixinə sahib çıxmaq və bu tarixi obyektiv işıqlandırmaq hüququna malikdir. Deyəsən, rəsmi Moskva tarixi hadisələrin ideoloji prizmadan qiymətləndirilməsi dövrünün keçmişdə qaldığını hələ də anlamayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR