Bank Of Baku

Cənubi Osetiya separatçıları Gürcüstanla müharibədə 1694 nəfərin öldüyünü açıqlayıblar

Cənubi Osetiya separatçıları Gürcüstanla müharibədə 1694 nəfərin öldüyünü açıqlayıblar
# 17 sentyabr 2008 07:49 (UTC +04:00)
Sxinvali – APA. “Sorğu yolu ilə topladığımız məlumatlara əsasən Cənubi Osetiyada 1694 nəfər Gürcüstanın təcavüzünün qurbanı olub. İstintaqın gedişində onlardan 500-dən çoxunun hansı şəraitdə həlak olduğu müəyyənləşdirilib”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Cənubi Osetiya separatçı rejiminin baş prokuroru Teymuraz Xuqayev “Rossiyskaya qazeta”ya müsahibəsində deyib. O, ölənlərin dəqiq sayını söyləməyin mümkün olmadığını etiraf edib: “Təcavüz zamanı 30 mindən çox vətəndaşımız respublikanı tərk etməyə məcbur olub. Onların bəziləri yolda bombardman zamanı həlak olublar və şahidlər tərəfindən yol kənarında və ya meşədə basdırılıblar. Bəzi insanlar isə avtomobillərin içində yanıb külə dönüblər”. Y. Xuqiyev ölənlərin böyük əksəriyyətinin dinc sakinlər olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR