Bank Of Baku

Viktor Yuşşenko Yuliya Timoşenkonun Viktor Yanukoviçlə xəyanətkar danışıqlar apardığını bildirib

Viktor Yuşşenko Yuliya Timoşenkonun Viktor Yanukoviçlə xəyanətkar danışıqlar apardığını bildirib
# 17 sentyabr 2008 10:43 (UTC +04:00)
Kiyev – APA. Ukrayna prezidenti Viktor Yuşşenko ölkədə sentyabrın 2-də “Yuliya Timoşenko” bloku və Regionlar Partiyası arasında yaradılmış de-fakto ittifaqın rəsmiləşdirilməkdə olduğunu bəyan edib. APA-nın məlumatına görə, V. Yuşşenko “Associated Press”ə müsahibəsində “pərdəarxası və xəyanət xarakterli” danışıqların yarım aydır davam etdiyini bildirib. O, milli maraqlara yox, vəzifə bölgüsünə əsaslanan bu cür ittifaqın uzunömürlü olmayacağını söyləyib. Dövlət başçısı böhrandan yalnız demokratik siyasi prosedurlar vasitəsilə çıxacaqlarını vurğulayıb: “Ukrayna demokratiyası öz mövqelərini təslim etməyəcək. Bu mövqeləri bəzi liderlər təslim edə bilər, millət isə yox. Millət demokratiya yolundadır və kənardan gətirilən heç bir ssenarini qəbul etməyəcək”.

“Bizim Ukrayna” Partiyası da bəyanatla çıxış edərək demokratik koalisiyanın dağılmasına görə məsuliyyəti Yuliya Timoşenkonun boynuna qoyub, onun Regionlar Partiyası və kommunistlərlə sövdələşməsini seçicilərə və koalisiya tərəfdaşına şüurlu xəyanət kimi qiymətləndirib: “Biz Yuliya Timoşenko və Regionlar Partiyası arasındakı koalisiyanın Ukrayna dövləti üçün daşıdığı bütün təhlükələri dərk edirik. Yeni koalisiyanın rəsmiləşməsindən dərhal sonra “Bizim Ukrayna” milli parlament müxalifəti mövqeyinə keçəcək. Biz Ukraynanın azadlığı, təhlükəsizliyi və müstəqilliyini ali dəyər sayan ictimai qüvvələri birləşdirmək üçün səylərimizi əsirgəməyəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR