Bank Of Baku

Moskvada əmək mühacirlərinin elektron qeydiyyatına başlanılıb

Moskvada əmək mühacirlərinin elektron qeydiyyatına başlanılıb
# 17 sentyabr 2008 11:03 (UTC +04:00)
Moskva-APA. Moskvada xarici əmək mühacirlərinə xüsusi yaddaş çipi ilə təchiz olunmuş plastik kartların verilməsinə başlanıb. APA-nın məlumatına görə, bu kartların paylanması dövlət sərhədini keçdikdən sonra əmək mühacirinin yerdəyişmələrinə nəzarət etmək imkanı verəcək. Hələlik ilk belə kartlar Vnukovo aeroportunda və digər miqrasiya xidmətlərində verilir. Plastik kartın hazırlanmasına cəmi iki dəqiqə sərf olunur. “Qonaq kartı” adlanan plastik karta sərhədi keçdikdə, qeydiyyata düşdükdə, həkim baxışından keçən zaman xüsusi işarə vurulur və məlumat avtomatik olaraq mərkəzi kompüter sistemində öz əksini tapır. Bu sistemini tətbiqi nəticəsində paytaxtdakı əmək mühacirlərinin dəqiq sayını və əlavə işçi qüvvəsinə duyulan ehtiyacı dəqiqliklə müəyyənləşdirmək mümkün olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR