Bank Of Baku

Yuliya Timoşenko: “Rusiya ilə münasibətlərin pisləşməsinə görə şəxsən prezident Viktor Yuşşenko məsuliyyət daşıyır”

Yuliya Timoşenko: “Rusiya ilə münasibətlərin pisləşməsinə görə şəxsən prezident Viktor Yuşşenko məsuliyyət daşıyır”
# 17 sentyabr 2008 14:31 (UTC +04:00)
Kiyev - APA. Ukraynanın baş naziri Yuliya Timoşenko Rusiya ilə münasibətlərin pisləşməsinə görə şəxsən prezident Viktor Yuşşenkonun məsuliyyət daşıdığını bildirib. APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, Y. Timoşenko keçirdiyi mətbuat konfransında Rusiyanın Ukrayna ilə azad ticarət rejimini məhdudlaşdırmaq və ya ləğv etmək niyyəti ilə bağlı suala cavabında deyib: “Ukraynaya qarşı bütün bu cür radikal qərarlara görə məsuliyyət şəxsən prezident Viktor Yuşşenkonun üzərinə düşür. Hansısa ölkələrə qarşı informasiya müharibələri elan edilirsə və həmin ölkələr alçaldılırsa, sözsüz ki, Ukrayna cavab zərbəsi alır. Ona görə də Rusiya ilə Ukrayna arasında baş verəcək bütün pis hadisələrə görə şəxsən Ukrayna prezidenti Viktor Yuşşenko məsuliyyət daşıyacaq”.

Y. Timoşenko Ukraynanın milli maraqlarına uyğun balanslaşdırılmış siyasət aparmağın vacibliyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR