Bank Of Baku

“Qazprom” 200 milyard dollar ucuzlaşıb

“Qazprom” 200 milyard dollar ucuzlaşıb
# 18 sentyabr 2008 07:54 (UTC +04:00)
Moskva - APA. Son iki gün ərzində “Rusiya Ticarət Sistemi” birjasında “Qazprom” şirkətinin səhmlərinin dəyəri 20% azalıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bununla da “Qazprom”un ümumi dəyəri 150 milyard dollardan da aşağı düşüb. Halbuki bu ilin yazında dəyəri 360 milyard dollardan çox olan neft-qaz nəhəngi dünyanın ən bahalı şirkətləri sırasında üçüncü-dördüncü yeri tuturdu. Hazırda isə “Qazprom” bu göstəriciyə görə ikinci “onluq”dadır.

Qeyd edək ki, səhmlərinin kəskin ucuzlaşması səbəbindən sentyabrın 17-də Rusiya fond birjalarında əməliyyatlar dayandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR