Bank Of Baku

Nijeqorod vilayətinin məscidlərində Permdə təyyarə qəzasında həlak olanların ruhuna dualar oxunacaq

Nijeqorod vilayətinin məscidlərində Permdə təyyarə qəzasında həlak olanların ruhuna dualar oxunacaq
# 18 sentyabr 2008 07:57 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Nijeqorod vilayəti Müsəlman Ruhani İdarəsinin sədri Umar Həzrət İdrisov vilayətin müsəlman icmasının rəhbərlərinin cümə namazında Permdə təyyarə qəzasında həlak olan sərnişinlərin ruhuna dua etməyə çağırıb. APA-nın məlumatına görə, idarənin aparat rəhbəri qəzaya uğrayan təyyarənin sərnişinləri arasında müsəlmanların – Azərbaycan və Türkiyə vətəndaşlarının olduğunu xatırladıb. O, Rusiyanın aviaparkının təcili olaraq yenilənməsini vacib sayıb: “Qəzaya uğrayan “Boeing” təyyarəsi kosmetik təmir edilərək Rusiyaya satılan yüzlərlə təyyarədən yalnız biridir. Permdəki qəza birinci və sonuncu deyil. Qəzanın səbəblərini araşdırmaqla kifayətlənmək olmaz, ilk növbədə aviadaşımalarda təhlükəsizliyi təmin etmək üçün təcili tədbirlər üzərində düşünmək lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR