Bank Of Baku

Moskvada yaxalanmış gürcü kriminal avtoritet “Givi Kutaisski” qaçıb

Moskvada yaxalanmış gürcü kriminal avtoritet “Givi Kutaisski” qaçıb
# 18 sentyabr 2008 08:06 (UTC +04:00)
Moskva – APA. Rusiyada həbs olunmuş və kriminal dairələrdə “Givi Kutaisski” kimi tanınan gürcü “qanuni oğru” qaçıb. APA-nın məlumatına görə, “Givi Kutaisski” sentyabrın 9-da Moskva şəhər Daxili İşlər Şöbəsi yanında xarici vətəndaşların saxlanıldığı mərkəzdən qaçmağa nail olub. Xatırladaq ki, o, bu ilin yayında 50-dən çox kriminal avtoritetin iştirakı ilə Klyazminsk su anbarında, teploxodda keçirilən “oğru sxodkası” zamanı milisin keçirdiyi xüsusi əməliyyat nəticəsində yaxalanıb. Araşdırma zamanı məlum olub ki, Gürcüstan vətəndaşı olan “Givi Kutaisski” Rusiyada qeyri-leqal şəraitdə yaşayır. İyul ayında MoskvaNın Babuşkin rayon Məhkəməsi onun məcburi deportasiyası barədə qərar çıxarıb. Ancaq Kutaisski bu qərarın icrasını gözləmədən aradan çıxıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR