Bank Of Baku

Ukraynanın müdafiə naziri pulsuzluqdan şikayətlənir

Ukraynanın müdafiə naziri pulsuzluqdan şikayətlənir
# 18 sentyabr 2008 09:20 (UTC +04:00)
Kiyev – APA. Ukraynanın müdafiə naziri Yuri Yexanurov 2009-cu il üçün nəzərdə tutulan hərbi büdcənin xeyli məhdud olduğunu bildirib. APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, nazir 2009-cu ildən etibarən orduda müqavilə əsasında hərbi xidmətin tətbiqinin mümkünlüyü barədə suala cavabında bunun real olmadığını deyib. O, mövcud büdcənin 2008-2010-cu illər üçün müqavilə əsasında xidmət keçən hərbi qulluqçuların komplektləşdirilməsi məqsədilə planlaşdırılan tədbirlərin həyata keçirilməsinə çatmadığını söyləyib: “2008-ci ilin dövlət büdcəsində Müdafiə Nazirliyi üçün 9,9 milyard qrivna - təxminən 2 milyard dollar məbləğində xərc nəzərdə tutulur. Halbuki təkcə Silahlı Qüvvələrin peşəkarlaşdırılması üçün bu il 11 milyard qrivna lazım olsa da, bu məqsədlərə cəmi 2,6 milyard pul xərclənib”.

Qeyd edək ki, baş nazir Yuliya Timoşenko 2009-cu il yanvarın 1-dən etibarən müqavilə əsasında hərbi xidmətin tətbiqinin mümkün olduğunu bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR