Bank Of Baku

MDB sərhəd qoşunları komandanları Şurasının sabah Bakıda keçiriləcək iclasının gündəliyinə 20-dən çox məsələ daxil edilib

MDB sərhəd qoşunları komandanları Şurasının sabah Bakıda keçiriləcək iclasının gündəliyinə 20-dən çox məsələ daxil edilib
# 18 sentyabr 2008 10:31 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Sabah Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) sərhəd qoşunları komandanları Şurasının iclası keçiriləcək. APA-nın məlumatına görə, iclasın gündəliyinə 20-dən çox məsələ daxil edilib.

Şura üzvləri MDB ölkələrinin xarici sərhədlərindəki vəziyyət, sərhəd xidmətlərinin əməkdaşlığının aktual problemləri, 2008-ci ildə birgə aparılmış xüsusi əməliyyat və əməliyyat profilaktik tədbirlərinin nəticələrini, dövlət sərhədi və sərhəd qurumları haqqında qanunvericiliyin uyğunlaşdırılması haqqında tövsiyələrin layihəsini, Şuranın 2009-cu ildə iş planını müzakirə edəcəklər.

Tədbirdə 11 ölkədən nümayəndə heyətinin iştirakı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR