Bank Of Baku

Sergey Lavrov: “Rusiya gürcü xalqı ilə münasibətləri pozmayıb”

Sergey Lavrov: “Rusiya gürcü xalqı ilə münasibətləri pozmayıb”
# 18 sentyabr 2008 13:09 (UTC +04:00)
Moskva-APA. “Rusiya gürcü xalqı ilə münasibətləri pozmayıb, amma Moskvada bilmək istəyirlər ki, Tiflis Rusiya ilə münasibətləri necə görür”. APA-nın məlumatına görə, bu bəyanatla Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib. O, gürcü xalqının Rusiya ilə münasibətləri normallaşdırmağa müvəffəq olacaq bir şəxsi dövlət başçısı seçəcəyinə ümidvar olduğunu deyib: “Moskva Tiflislə diplomatik münasibətləri dayandırmayıb. Bu münasibətlərin dayandırıldığını Gürcüstan rəhbərliyi elan edib. Biz də bilmək istəyirik ki, onlar Rusiya ilə diplomatik münasibətlərin pozulmasını necə təsəvvür edirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR