Bank Of Baku

Gürcüstan parlamenti Rusiya qoşunlarının olduğu ərazilərdə fövqəladə vəziyyət rejiminin vaxtını uzadıb

Gürcüstan parlamenti Rusiya qoşunlarının olduğu ərazilərdə fövqəladə vəziyyət rejiminin vaxtını uzadıb
# 18 sentyabr 2008 16:10 (UTC +04:00)
Tiflis – APA. Gürcüstan parlamenti Rusiya qoşunlarının olduğu ərazilərdə fövqəladə vəziyyət rejiminin vaxtının uzadılması barədə qərar qəbul edib. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, fövqəladə vəziyyət oktyabrın 3-nə qədər uzadılıb. Bu müddətdə “İşğal olunmuş ərazilər haqqında” qanun qəbul olunacaq. Qərarda bildirilir ki, atəşin dayandırılması barədə sazişə baxmayaraq, sentyabrın 8-dən sonra yalnız Senaki-Poti xətti ilə rus qoşunları çıxarılıb. Digər yerlərdə, o cümlədən Abxaziya və Cənubi Osetiyada isə Rusiya hərbçiləri qalır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR