Bank Of Baku

İnquşetiyanın sabiq prezidenti, general Ruslan Auşev Bakıya gəlib

İnquşetiyanın sabiq prezidenti, general Ruslan Auşev Bakıya gəlib
# 19 sentyabr 2008 09:19 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. İnquşetiyanın sabiq prezidenti, MDB hökumət başçıları Şurası yanında Beynəlmiləl döyüşçülərin işləri üzrə Komitənin sədri, general Ruslan Auşev Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları Birliyinin dəvəti ilə Bakıya gəlib. APA-nın məlumatına görə, Ruslan Auşev birliyin hesabat konfransında iştirak edəcək.

Konfransda birliyin sədrinin, nəzarət-təftiş komissiyasının hesabatı dinlənəcək, qurumun nizamnaməsinə dəyişikliklər müzakirə olunacaq. Bundan başqa konfransda sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 20 illiyinə həsr olunmuş tədbirlər də müzakirə olunacaq. Bu tarixin Azərbaycanda da qeyd olunması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR