Bank Of Baku

Ermənistanda mart hadisələrinin təhqiqatına amerikalı mütəxəssis cəlb olunacaq

Ermənistanda mart hadisələrinin təhqiqatına amerikalı mütəxəssis cəlb olunacaq
# 19 sentyabr 2008 13:07 (UTC +04:00)
İrəvan-APA. Ermənistan paytaxtında martın əvvəllərində baş verən kütləvi iğtişaşları araşdıran müvəqqəti parlament komissiyasının işinə amerikalı mütəxəssis yardım göstərəcək. APA-nın məlumatına görə, ölkənin baş prokuroru Aqvan Ovsepyan amerikalı mütəxəssisin tezliklə İrəvana gələcəyini bildirib: “ABŞ-ın Ermənistandakı səfirliyinin xətti ilə əvvəllər Nyu-Cersi ştatında prokuror vəzifəsində çalışmış mütəxəssis 1-2 mart hadisələrini təhqiq etmək üçün İrəvana gələcək. Onun təhqiqat aparan quruma öz tövsiyələrini verməsi gözlənilir”. ABŞ-ın Ermənistanda müvəqqəti işlər vəkili Cozef Penninqton qeyd edib ki, hər iki tərəf mart hadisələrinin təhqiqinə xarici mütəxəssislərin cəlb olunması ilə bağlı danışıqlar aparıblar, amma bu günə qədər bu təhqiqat işinə ABŞ-dən heç bir mütəxəssis cəlb olunmayıb.

Qeyd edək ki, Serj Sərkisyan Ermənistanda prezident seçkilərinin qalibi elan olunduqdan sonra prezidentliyə namizəd Levon Ter-Petrosyanın tərəfdarları İrəvan küçələrində müddətsiz aksiyalara başlayıblar. Martın əvvəllərində polislə aksiya iştirakçıları arasında baş verən toqquşmalarda çoxlu sayda mülki şəxs həlak olub, yüzlərlə insan yaralanıb. Polis 100-dən artıq müxalifət tərəfdarını həbs ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR