Bank Of Baku

Prezidentin qohumunun maşını partladılıb

Prezidentin qohumunun maşını partladılıb
# 19 sentyabr 2008 14:05 (UTC +04:00)
Nazran-APA. İnquşetiya prezidenti Murad Zyazikovun yaxın qohumu Tuqan Zyazikova sui-qəsd olub. APA-nın məlumatına görə, Tuqan Zyazikovun maşını naməlum şəxslər tərəfindən partladılıb. Hüquq-mühafizə orqanları partlayıcı qurğunun “Mersedes” markalı maşının alt hissəsinə quraşdırıldığını müəyyənləşdiriblər. Partlayış nəticəsində ağır yaralanan Tuqan Zyazikov xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, sentyabrın 10-da naməlum şəxslər prezident Zyazikovun əmisi oğlunu qətlə yetirmişdilər. Prezidentin qohumlarına sui-qəsd faktları ilə bağlı ortaya artırılan versiyalardan biri bu hadisələrlə inquş müxalifətçisi Məhəmməd Yevloyevin qətlə yetirilməsi arasında bağlılığın olmasıdır. Qeyd edək ki, prezidentlə bir təyyarədə Moskvadan Nazrana qayıdan Məhəmməd Yevloyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aeroportda həbs olunub. Daxili İşlər Nazirliyinə aparılan Məhəmməd Yevloyev hələ də aydınlaşdırılmayan şəraitdə yolda aldığı güllə yarasından vəfat edib. Onun xatirə mitinqində çıxış edən Yevloyevin atası qətlə görə prezident Murad Zyazikovun üzərinə düşdüyünü bildirib və onu qan düşməni elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR