Bank Of Baku

Aleksandr Lukaşenko: “Rusiya Qafqazda atdığı addımları Belarusa münasibətdə də təkrarlayarsa, Avropa onun qarşısını almalıdır”

Aleksandr Lukaşenko: “Rusiya Qafqazda atdığı addımları Belarusa münasibətdə də təkrarlayarsa, Avropa onun qarşısını almalıdır”
# 19 sentyabr 2008 15:15 (UTC +04:00)
London – APA. Belarus prezidenti hesab edir ki, Rusiya Qafqazda atdığı addımları Belarusa münasibətdə də təkrarlayarsa, Avropa Moskvanın qarşısını almaq hüququna malik olacaq. APA-nın məlumatına görə, Aleksandr Lukaşenko bunu Böyük Britaniyanın “The Financial Times” qəzetinə müsahibəsində deyib. O, Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımayaraq Moskvanı qıcıqlandırdığını, bununla belə, sentyabrın sonunda formalaşacaq yeni parlamentin bu məsələyə münasibət bildirəcəyini söyləyib: “Allah göstərməsin, Rusiya Belarusa qarşı da bu cür addımlar atsa, Avropanın istənilən metod və vasitə ilə onun qarşısını almaq hüququ olacaq”.

A. Lukaşenko bildirib ki, Qərb keçmiş SSRİ ərazisindəki proseslərdə fəal iştirak etməlidir. Onun fikrincə, keçmiş sovet respublikalarının Cənubi Osetiya və Abxaziyanı tanımaması məhz Qərbin təsirinin nəticəsidir. Qarşıdakı parlament seçkilərinin Avropa Birliyi normalarına uyğun olması üçün hətta qanunları pozduğunu vurğulayan Belarus prezidenti Qərb ölkələrini ikili standart siyasətində ittiham edib. Onun sözlərinə görə, Rusiya kimi ölkələrdə seçkilərlə bağlı vəziyyət Belarusdakı vəziyyətdən fərqlənməsə də, belə ölkələr cəzalandırılmır. Ölkəsinə yaxşı xidmət etdiyini və istefaya getməyə tələsmədiyini deyən A. Lukaşenko İngiltərə kraliçasının uzun müddətdir hakimiyyətdə olduğunu xatırladıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR