Bank Of Baku

ABŞ-ın Ermənistandakı yeni səfiri vəzifəsinin icrasına başlayıb

ABŞ-ın Ermənistandakı yeni səfiri vəzifəsinin icrasına başlayıb
# 19 sentyabr 2008 16:25 (UTC +04:00)
İrəvan-APA. ABŞ-ın Ermənistandakı yeni səfiri Mari Yovanoviç səlahiyyətlərinin icrasına başlayıb. APA-nın “Reqnum” agentliyinə istinadən yaydığı məlumata görə, xanım səfir bu gün etimadnaməsinin surətini xarici işlər naziri Edvard Nalbandyana təqdim edib. Qeyd edək ki, artıq iki ildir ABŞ-ın Ermənistanda səfiri vəzifəsi vakant qalmışdı. Sabiq səfir Con Evans 2006-cı ildə verdiyi bir bəyanatda Türkiyənin guya ermənilərə qarşı soyqırımı törətdiyini bəyan etməsindən sonra rəsmi Vaşinqton onu geri çağırıb. ABŞ prezidenti Corc Buş Ermənistana səfir postuna qondarma “erməni soyqırımı”nı tanımaqdan qəti şəkildə imtina edən Riçard Xoqlandın namizədliyini irəli sürsə də, Konqres onun namizədliyini təsdiqləməyib. Avqustun 1-də ABŞ Senatı Mari Yovanoviçin Ermənistana səfir təyin olunması barədə prezidentin sərəncamını təsdiqləyib. Mari Yovanoviç bundan əvvəl ABŞ-ın Qırğızıstanda səfiri vəzifəsində çalışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR