Bank Of Baku

Türkmənistan prezidenti Qədr gecəsi münasibətilə 1600 məhbusu əfv edib

Türkmənistan prezidenti Qədr gecəsi münasibətilə 1600 məhbusu əfv edib
# 26 sentyabr 2008 13:47 (UTC +04:00)
Aşqabad-APA. Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədov Qədr gecəsi münasibətilə 1600 məhbusu əfv edib. APA-nın məlumatına görə, əfv olunan məhbuslar Qədr gecəsini ailəsi ilə birlikdə qarşılamaq üçün bu gün azadlığa buraxılacaqlar. Qədr gecəsi günü əfv fərmanının imzalanması ənənəsi sabiq prezident Saparmurat Niyazov tərəfindən 1999-cu ildə qoyulub. Ötən il bu müqəddəs gün münasibətilə qəbul olunan amnistiya aktı 9 min məhbusa şamil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR