Bank Of Baku

Türkmənistanda yeni Konstitusiya qəbul olunub

Türkmənistanda yeni Konstitusiya qəbul olunub
# 26 sentyabr 2008 13:52 (UTC +04:00)
Aşqabad – APA. Türkmənistan Xalq Şurasının (Xalq Məsləhəti) bu gün keçirilən iclasında ölkənin yeni Konstitusiyası qəbul olunub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Konstitusiyada əsas dəyişiklik elə Xalq Şurasının özünün ləğvindən ibarətdir. Saparmurad Niyazovun dövründə yaradılan və 2507 üzvdən ibarət bu dövlət orqanında müxtəlif səviyyəli məmurlar, deputatlar və ictimai təşkilatların nümayəndələri təmsil olunurdu. Köhnə Konstitusiyaya əsasən Xalq Məsləhətinin əsas qanuna düzəliş, MSK-nın formalaşdırılması, seçki və referendumların təyin olunması, dövlət sərhədlərinin, inzibati-ərazi bölgüsünün dəyişdirilməsi kimi səlahiyyətləri vardı. İndən belə bu səlahiyyətlər prezident və Məclis (parlament) arasında bölüşdürüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR