Bank Of Baku

Rusiyanın Gürcüstandakı səfiri və daha 22 diplomat Tiflisi tərk edib

Rusiyanın Gürcüstandakı səfiri və daha 22 diplomat Tiflisi tərk edib
# 30 sentyabr 2008 12:17 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, diplomatlar Moskvaya xüsusi göndərilmiş “İl-62” təyyarəsi ilə yollanıblar. Bununla belə, V. Kovalenko bildirib ki, bir neçə diplomat və texniki heyət səfirlikdə qalaraq, fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, Rusiyanın avqustun sonlarında Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımasından sonra Gürcüstan rəsmi Moskva ilə diplomatik əlaqələri kəsdiyini bəyan edib. Diplomatik münasibətlərin kəsilməsi ilə əlaqədar Gürcüstan hakimiyyəti Rusiya vətəndaşları üçün viza rejimini sərtləşdirib, turistlərə viza verilməsini isə dayandırıb. Lakin sentyabrın əvvəllərində əvvəlki qaydalar bərpa olunub. Həmin qaydalara əsasən, Rusiya vətəndaşları sərhəddəki Nəzarət Keçid Məntəqələrində və beynəlxalq aeroportlarda viza ala bilirlər. Gürcüstanın Moskvadakı diplomatik nümayəndəliyi də konsulluq fəaliyyətini davam etdirir.

Öz növbəsində, Rusiya sentyabrın 3-də Gürcüstandakı səfirliyini bağlayıb. Bundan başqa, konsulluq şöbəsi fəaliyyətini dayandırıb, Gürcüstan vətəndaşlarına viza verilməsi də dayandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR