Bank Of Baku

Rusiyanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü : «Mən səsvermənin nəticələrini elə belə də gözləyirdim»

Rusiyanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü : «Mən səsvermənin nəticələrini elə belə də gözləyirdim»
# 01 oktyabr 2008 19:57 (UTC +04:00)
Mən qərarın obyektiv olduğunu bildirirəm. Burada artıq başa düşürlər ki, hər hansı sanksiyalarla məsələləri həll etmək mümkün deyil». APA-nın Avropa bürosunun xəbərinə görə, bu açıqlamanı Rusiyanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Konstantin Kosaçev qurumda Rusiya nümayəndə heyətinin madatının alınması ilə bağlı səsvermədən sonra verib.

Avropa Şurasının tərəflər arasında əlaqələrin yaradılması, onları siyasi dialoqa dəvət etmək, beynəlxalq münasibətlərdə güc tətbiq etməyin əleyhinə çıxmaq kimi unikal missiyaları olduğunu xatırladan deputat sabahkı müzakirələrin ağır olacağını proqnozlaşdırdığını da deyib : «Biz Assambleyanı hər hansı qərar və ya tələsik addım atmaqdan çəkindirə bildik. Sabah isə biz bu münaqişənin məhz Gürcüstanın təhriki ilə baş verdiyini, Rusiyanın başqa çıxış yolu olmadığını, Moskvanın yüzlərlə, minlərlə insanın taleyini xilas etdiyini sübut etməyə çalışacağıq. Bu addım isə özünü demokratik adlandıran hər bir ölkənin müqəddəs borcudur».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR