Bank Of Baku

Rusiyanın xarici işlər naziri sabah İrəvanda Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Rusiyanın xarici işlər naziri sabah İrəvanda Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək
# 02 oktyabr 2008 08:15 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Rusiyanın xarici işlər naziri Sergey Lavrov sabah İrəvana işgüzar səfər edəcək. APA-nın Rusiya XİN-ə istinadən verdiyi məlumata görə, S. Lavrovun səfərini şərh edən nazirliyin rəsmisi Andrey Nesterenko bildirib ki, İrəvanda aparılacaq danışıqlarda Dağlıq Qarabağ münaqişəsi də müzakirə obyekti olacaq: “Axı bu çətin problem öz aktuallığını itirmir. Rusiya qarşılıqlı razılıq əldə etmək üçün münaqişə tərəflərinə gələcəkdə də yardım etmək niyyətindədir. Moskva ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyərək, bu münaqişə ilə bağlı öz prinsipial mövqeyinə sadiqlik nümayiş etdirir. Biz ona əsaslanırıq ki, nizamlanmanın yekun formuluna görə məsuliyyət ermənilər və azərbaycanlıların öz üzərinə düşür. Rusiya münaqişəyə cəlb olunmuş tərəfləri qane edən həll variantını dəstəkləməyə, kompromis razılaşma əldə olunduğu halda isə nizamlanmanın qarantı kimi çıxış etməyə hazırdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR