Bank Of Baku

Moldova BMT-ni münaqişələrin həllində regional qurumlarla əməkdaşlığı möhkəmləndirməyə çağırıb

Moldova BMT-ni münaqişələrin həllində regional qurumlarla əməkdaşlığı möhkəmləndirməyə çağırıb
# 02 oktyabr 2008 08:23 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Moldovanın xarici işlər naziri Andrey Stratan BMT Baş Assambleyasının 63-cü sessiyasında çıxış edərək BMT-ni regional təşkilatlarla, o cümlədən ATƏT-lə münaqişə vəziyyətlərinin, o cümlədən «dondurulmuş münaqişələr»in qarşısını almaq, idarə etmək və həll etmək işində əməkdaşlığı genişləndirməyə və möhkəmləndirməyə çağırıb.

APA-nın məlumatına görə, nazir Cənubi Osetiyadakı hadisələrin «dondurulmuş münaqişələr»in qeyri-stabillik yaratdığını bir daha nümayiş etdirdiyini bildirib. O, bu münaqişələrin regional və beynəlxalq təhlükəsizliyə də təhlükə yaratdığını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR