Bank Of Baku

ABŞ-ın Ermənistandakı səfiri: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş gözləyir”

ABŞ-ın Ermənistandakı səfiri: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş gözləyir”
# 02 oktyabr 2008 13:40 (UTC +04:00)
İrəvan – APA. ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş gözləyir. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın Ermənistandakı yeni səfəri Mari Yovanoviç İrəvanda keçirdiyi mətbuat konfransında deyib. O, Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra bu məsələyə dair daha asan qərar verməyin mümkün olacağını söyləyib. Səfir hər münaqişənin unikal olduğunu və bu münaqişələrin hər birinin həlli üçün yeni qərarlar lazım gəldiyini bildirib: “Bəli, ərazi bütövlüyü prinsipi var. Ancaq başqa prinsiplər də mövcuddur, o cümlədən güc tətbiq etməmək və millətlərin öz müqəddəratını təyinetmə hüququ. Ona görə də hər münaqişəyə ayrıca baxılmalıdır”.
M. Yovanoviç Türkiyənin Qafqaz Sabitlik və Əməkdaşlıq Platforması təşəbbüsünü dəstəklədiyini də vurğulayıb: “Türkiyənin təşəbbüsü hələ hazırlanma mərhələsindədir və ortada yekun variant yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR