Bank Of Baku

Viktor Yuşşenko: “Bu gün saat 24-ə qədər koalisiya yaradılmasa, parlament buraxılacaq”

Viktor Yuşşenko: “Bu gün saat 24-ə qədər koalisiya yaradılmasa, parlament buraxılacaq”
# 02 oktyabr 2008 14:40 (UTC +04:00)
Kiyev – APA. Ukrayna Ali Radası sentyabrın 2-də qəbul olunan və prezidentin veto qoyduğu 5 qanun dəyişikliyini yenidən qəbul etməyib və dəyişikliklər qüvvəyə minməyib. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, “Bizim Ukrayna-Xalq Özünümüdafiəsi” bloku ilə yeni koalisiya yaratmaq və parlamentin buraxılmasını əngəlləmək istəyən “Yuliya Timoşenko” bloku prezident Viktor Yuşşenkonun və onun blokunun irəli sürdüyü şərtləri qəbul edib. Belə ki, baş nazirin fraksiyası “Nazirlər Kabineti haqqında”, “Dövlət xidməti haqqında”, “Müvəqqəti istintaq komissiyaları haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Ukrayna Təhlükəsizlik Xidməti haqqında” qanunlara edilmiş və prezidentin səlahiyyətlərinin azaldılmasını nəzərdə tutan dəyişikliklərə veto qoyan V. Yuşşenkonun vetosunu aradan qaldırmağa səs verməyib. Xatırladaq ki, “Yuliya Timoşenko” bloku bu dəyişiklikləri Regionlar Partiyası ilə birlikdə qəbul etmiş və bundan sonra “Bizim Ukrayna” hökumət koalisiyasından çıxmışdı.
Ancaq prezident Viktor Yuşşenko ehtiyatlanır ki, bu gün ləğv olunmuş qanun dəyişiklikləri gələcəkdə yenidən qəbul oluna bilər. Belə addımları siyasi şarlatanlıq adlandıran və bu cür siyasətdən boğaza yığıldığını vurğulayan dövlət başçısı Lvovda keçirdiyi mətbuat konfransında bildirib ki, 10 gün sonra dəyişikliklərin yenidən qəbul olunmayacağına heç bir təminat yoxdur: “Mən məsləhətləşmələrin tərəfdarıyam və siyasi qüvvələrə dialoq imkanı verəcəyəm. Ancaq bu gün saat 24-ə qədər koalisiyanın yaradılmasına dair birgə bəyanat olmasa, parlamentin buraxılması hüququmdan istifadə edəcəyəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR