Bank Of Baku

Müxalifətçi deputat yoxa çıxıb

Müxalifətçi deputat yoxa çıxıb
# 03 oktyabr 2008 09:05 (UTC +04:00)
Bişkek – APA. Qırğızıstan parlamentinin müxalifətçi deputatı Ruslan Şabatoyev itib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Sosial-Demokrat Partiyasından seçilmiş deputatın yoxa çıxmasını onun partiya yoldaşı, deputat Bakıt Beşimov açıqlayıb. B. Beşimov sonuncu dəfə R. Şabatoyevi sentyabrın 30-da gördüklərini deyib. Deputat həmin günün axşamı evdən çıxaraq hansısa görüşə gedib və geri qayıtmayıb. Onun mobil telefonu söndürülüb. Milis R. Şabatoyevin axtarışına başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR