Bank Of Baku

Rusiya Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılması təşəbbüsünü dəstəkləyib

Rusiya Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılması təşəbbüsünü dəstəkləyib
# 03 oktyabr 2008 10:42 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Rusiya Xəzəryanı ölkə başçılarının Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatı yaratmaq təşəbbüsünü dəstəkləyir. APA-nın “RİA Novosti”yə istinadən məlumatına görə, bu fikirləri Həştərxanda keçirilən Xəzəryanı ölkələrin 1-ci Hökumətlərarası İqtisadi Konfransında çıxış edən Rusiya baş nazirinin birinci müavini Viktor Zubkov deyib. O xatırladıb ki, Xəzəryanı ölkələrin keçən il Tehranda keçirilmiş sammitində belə təşkilatın yaradılması imkanları müzakirə olunub: “Rusiya bu təşəbbüsü dəstəkləyir və Xəzəryanı ölkələrin konsolidasiyasına və çoxtərəfli layihələrin bazasında iqtisadi inkişafın yeni səviyyəsinin yaradılmasına yardım edəcək. Yeni təşkilatın formalaşması üçün Baltik Regionu Ölkələri Təşkilatı və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı nümunə kimi götürülə bilərlər. Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatı regiona daxil olan ölkələrin energetika, nəqliyyat, ekologiya, bioresursların tədqiqatı, maliyyə, ticarət və investisiya sahəsində olan layihələri birləşdirməlidir”. Zubkov yeni yaradılacaq təşkilatın nəzdində Xəzəryanı iqtisadi və siyasi araşdırmalar mərkəzi və Xəzərdə bioresursların tədqiqatı mərkəzinin yaradılmasını təklif edib. Qeyd edək ki, bu tədbirdə Azərbaycanı baş nazirin birinci müavini Yaqub Eyyubovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR