Bank Of Baku

Qırğızıstandakı zəlzələdə ölənlərin sayı 72-yə çatıb

Qırğızıstandakı zəlzələdə ölənlərin sayı 72-yə çatıb
# 06 oktyabr 2008 12:51 (UTC +04:00)
Bişkek – APA. Qırğızıstanın Oş vilayətinin Nura kəndində baş vermiş zəlzələdə ölənlərin sayı 72-yə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, kənddəki tikililərin 90 faizi dağılıb. Yaralılar və sağ qalmış əhali vertolyotlarla vilayət mərkəzinə evakuasiya edilir. Səhiyyə nazirinin müavini Madamin Karatayev yaralılarda müxtəlif dərəcəli əziklər və sınıqlar olduğunu bildirib. Fəlakət zonasına humanitar yardımlar göndərilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR