Bank Of Baku

2009-cu ildə MDB ölkələrinin əməkdaşlıq üzrə aparıcı sahəsi enerji ola bilər

2009-cu ildə MDB ölkələrinin əməkdaşlıq üzrə aparıcı sahəsi enerji ola bilər
# 07 oktyabr 2008 14:02 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. 2009-cu ildə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında əməkdaşlıq üzrə aparıcı sahə kimi enerji sahəsi seçilə bilər. APA-nın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Andrey Nesterenko MDB Xarici İşlər Nazirləri Şurasının oktyabrın 9-də Bişkekdə keçiriləcək yığıncağının gündəliyi barədə danışarkən deyib. 2007-ci ildə əməkdaşlığın aparıcı sahəsinin miqrasiya, 2008-ci ildə isə nəqliyyat olduğunu xatırladan diplomat bildirib ki, Qazaxıstan və Qırğızıstan 2099-cu ilin əsas əməkdaşlıq sahəsinin enerji olmasını istəyirlər və bu təşəbbüslə çıxış ediblər. A. Nesterenko nazirlərin toplantısında 20-dən artıq məsələnin müzakirə olunacağını da söyləyib. Xatırladaq ki, bu iclasda Gürcüstanın MDB-dən çıxmaq barədə müraciətinə də baxılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR